Sosial
Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti müştərinin 1 milyon rubldan artıq dəyəri olan ziyafət paltarını yararsız hala salıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı müştəri şirkəti məhkəməyə verib.
İddia tələbi onunla əsaslandırılıb ki, müştəri kimyəvi təmizləmə xidmətlərini həyata keçirən AGNA-ya müraciət edərək xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarını kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35 manat ödəyib.
AGNA tərəfindən edilmiş kimyəvi təmizləmədən sonra ziyafət paltarı yararsız hala düşüb və onun istifadə edilməsi, yaxud bərpası mümkün olmayıb.
Müştəri ziyafət paltarının bu vəziyyətə düşməsi səbəbinin aydınlaşdırılması üçün ekspertizaya müraciət edib. Ekspertiza rəyindən bəlli olub ki, paltardakı nöqsanlar peşəkar quru təmizləmə əvəzinə, peşəkar olmayan nəm (yaş) təmizləmə üsulu ilə təmizlənməsi nəticəsində yaranıb. Bu üsul paltarın etiketində göstərilmiş təlimatlara zidd olub.
O da məlum olub ki, həmin ziyafət paltarı müştərinin sifarişi ilə Rusiyada “Ulyana Sergeyenko” Moda Evi tərəfindən hazırlanıb.
Nəsimi Rayon Məhkəməsi müştərinin iddiasını təmin edib. Qərara əsasən, AGNA MMC vurulmuş ziyana görə 1 085 000 Rusiya rublu - ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə müştəriyə ödəməlidir. Bundan başqa, ekspertiza xərci və dövlət rüsumunu da şirkətin öhdəliyində qalıb.
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO


















.jpg)














.jpg)



