İdman
Levandovski mövsümün sonunda “Barselona”dan ayrılacaq
“Barselona”nın hücumçusu Robert Levandovski cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə 37 yaşlı polşalı futbolçu sosial şəbəkədə paylaşım edib.
“Çağırışlar və ağır işlə dolu dörd ildən sonra irəliləməyin vaxtı gəldi. Missiyamı tamamlamış hiss edirəm: 4 mövsüm, 3 çempionluq. İlk gündən hiss etdiyim azarkeş sevgisini heç vaxt unutmayacağam. Kataloniya mənim yer üzündəki məkanımdır. Bu gözəl dörd il ərzində yolumun kəsişdiyi hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz mərhələsini yaşamaq fürsətinə görə prezident Laportaya ayrıca təşəkkür edirəm.
“Barsa” aid olduğu yerə qayıtdı”, — deyə hücumçu yazıb.
“Barselona” klubunda 2022-ci ildən çıxış edən Levandovski bu müddətdə 7 titul qazanıb – 3 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Superkubokunu, 1 dəfə isə İspaniya Kubokunu qazanıb. 191 oyunda forma geyinən hücumçu 119 qol vurub və 24 məhsuldar ötürmə edib.
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR




































