Sosial
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - Fotolar
İnnovasiya lideri “Bakcell” xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Görüşdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan bütün xanımları təbrik edərək bildirib: “Media sahəsində çalışan xanımların hər biri özünəməxsus baxışa, üsluba və səsə malikdir. Bu fərqlilik müasir medianı daha zəngin və rəngarəng edir. Bugünkü görüşümüzün ideyasını da məhz bu fərdilikdən ilhamlanaraq qurduq. Hər bir jurnalistin cəmiyyətdə özünəməxsus izi və təsiri olduğuna inanırıq”.
Tədbir çərçivəsində xanım jurnalistlər üçün parfümeriya üzrə master-klass təşkil olunub. İştirakçılar ətir harmoniyası, fərdi qoxu kompozisiyasının yaradılması və parfümün hazırlanma mərhələləri ilə tanış olub, öz zövqlərinə uyğun unikal ətirlər hazırlayıblar.
Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır





































