Sosial
Azərbaycan ilə Qırğızıstan ilk dəfə müştərək film istehsal etdilər - Foto
Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ilk ortaq istehsalı olan “Qırmızı ayaqqabılar” bədii filmi Avropanın məşhur Tampere Film Festivalının əsas yarışma proqramına daxil edilib.
Publika.az xəbər verir ki, 56 ildir Finlandiyanın Tampere şəhərində keçirilən festival bu il martın 4-dən 8-nə kimi davam edəcək.
Ekran əsəri 5 yaşlı Camalın hekayəsindən bəhs edir. O, kənddə nənəsi ilə yaşayır və bir gün evlərinə gələn gözəl bir qadının qırmızı ayaqqabılarını görür. Bu qadının onun anası olduğunu eşidən Camal yeni, yad, amma eyni zamanda doğma duyğularla qarşılaşır.
Qırğızıstanın “Tartaly” Fondu Azərbaycanın “Cinemedia” şirkəti tərəfindən istehsal olunan qısametrajlı bədii filmin ssenari müəllifi və rejissoru Alina Baitukova, prodüseri Ayperi Muradbəyova və Nərmin Muradovadır. Filmin icraçı prodüseri Tünzalə Babayeva, rəng həlli Əliəskər Mirzəyev, səs rejissoru Nadir Mahmudovdur.
Qeyd edək ki, “Qırmızı ayaqqabılar” bədii filmi Azərbaycan Respublikasının Kino Agentliyinin post-prodakşn mərhələsində olan filmlər arasında keçirdiyi “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gələrək maliyyə dəstəyi almışdı.
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
































.jpg)


