Sosial
Görün Rusiyada süpürgəçilər nə qədər maaş alır
2025-ci ildə Rusiya biznes mərkəzlərində təmizlik işçilərinin maaşları ixtisaslı ofis işçilərinin maaşları ilə müqayisə edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" "Manufaqtury" şirkətinə istinadən məlumat yayıb.
Bildirilir ki, kommersiya obyektlərində təmizləyicilərin aylıq əmək haqqı 100.000 rublu (2 min 200 manat) keçib. Ekspertlər qeyd ediblər ki, bu, ixtisaslı ofis işçilərinin qazancı ilə müqayisə edilə bilər.
Qaynaqçılar və mexaniklər də daxil olmaqla, ən çox tələb olunan mütəxəssislərin əmək haqqının əhəmiyyətli dərəcədə artması qeydə alınıb. Məsələn, hazırda standart bir işi yerinə yetirmək qaynaqçıya bir neçə saat üçün orta hesabla 30.000 - 40.000 rubl (650-870 manat) qazandırır. Mühəndis və texniklərə gəldikdə isə onların əmək haqqı ötən il 50-70 faiz artıb.
Şirkətin baş direktoru Olqa Volodina bu tendensiyanı sənayedə təcrübəli işçilərin kəskin çatışmazlığı və yüksək kadr dəyişikliyi ilə əlaqələndirib. O bildirib ki, bu amillər işəgötürənlər arasında yüksək ixtisaslı mütəxəssislər uğrunda rəqabətin artmasına səbəb olub.
Mal və qida çatdırılması sektorunda da əmək haqqının müqayisəli artımı qeydə alınıb. Məsələn, 2024-cü ildə Rusiyada kuryerlərin əmək haqqı başlanğıc səviyyəli proqramçıların əmək haqqına bərabər olub və ayda 155.000 rubla (3 min 400 manat) çatıb.
Adəm
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO































.jpg)


