Sosial
“Azercell”in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir
Lider mobil operatorun qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin qaliblərindən biri olan “Mil” Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi “Robogirls” layihəsinin icrasına başlayıb. Şirkətin dəstəyi ilə Beyləqan rayonunun kənd və qəsəbələrində təhsil alan qızlar üçün STEM təlimlərinə start verilir.
Təşəbbüs 6-7-ci sinif şagirdlərinin texnologiya və innovasiya sahələrinə marağının artırılmasına, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə və gələcək karyera perspektivlərinin formalaşmasına dəstək göstərilməsinə yönəlib.
Proqrama ümumilikdə 90 məktəbli qız müraciət edib. Seçim mərhələsində iştirakçılar informatika və süni intellekt mövzularını əhatə edən test imtahanında biliklərini nümayiş etdiriblər. Müəllimlər və müstəqil ekspertlər tərəfindən aparılan qiymətləndirməyə əsasən, ən yüksək nəticə göstərən 30 məktəbli qız təlimlərdə iştirak etmək imkanı qazanıb.
Təlim proqramı çərçivəsində iştirakçılar robototexnika və STEM istiqamətləri üzrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edəcəklər. Dərslər şagirdlərin texnologiya sahəsi üzrə biliklərinin təşviqini, analitik və yaradıcı düşünmə, eləcə də problem həll etmə bacarıqlarının inkişafını hədəfləyir.
Qeyd edək ki, artıq üçüncü ildir ki, “Azercell”in sosial layihə müsabiqəsi qadınların ictimai həyatda rolunun gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməklə inklüziv cəmiyyətin qurulmasına töhfə verir.
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?































.jpg)


