Sosial
WUF13 çərçivəsində “Təmiz Şəhər ” ASC ilə memorandum imzalanıb
Bu gün WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Publika.az xəbər verir ki, sənədi “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov imzalayıblar.
Memorandumun imzalanmasında əsas məqsəd tədbirin təşkili və keçirilməsi zamanı yaranacaq bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etməkdir. Bu çərçivədə tərəflər Azərbaycan Respublikasının ətraf mühitin qorunması üzrə dövlət siyasətinə uyğun olaraq davamlı və səmərəli yanaşmaların tətbiqini prioritet kimi müəyyən ediblər.
Əməkdaşlığa əsasən, WUF13 tədbiri çərçivəsində Bakı Olimpiya Stadionu və digər tədbir məkanlarında əmələ gələn bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil veriləcək. Müasir usullarla zərərsizləşdiriləcək tullantıların təkrar emala yararlı hissəsi emal müəssisələrinə yönləndiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı ictimai maarifləndirmə təşəbbüsləri, eləcə də birgə pilot layihələr həyata keçiriləcək.
Sözügedən memorandum tədbirin karbon emissiyası izinin azaldılmasına, poliqonlara yönləndirilən tullantı həcminin minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına töhfə verməklə yanaşı, Azərbaycanın resurs səmərəliliyinin artırılması, dairəvi iqtisadiyyat modelinin təşviqi və dayanıqlı tədbir idarəetmə təcrübəsinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO































.jpg)


