Sosial
İranın Naxçıvana hücumu ilə bağlı cinayət işi başlandı - Yeniləndi
İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
xxx
İranın Naxçıvanda mülki infrastruktura dronla hücumu ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.
İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.
Hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.
Bundan başqa, hadisə nəticəsində dörd nəfər mülki şəxs:
Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:
- 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı,
- 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu,
- 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və
- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hazırda cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də, müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətəri icra olunur.
Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.
İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaq.
Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji infrastruktur obyektlərinin hədəf alınması beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatların verilməsi təmin ediləcəkdir.
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO































.jpg)


