Sosial
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər.
Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Baş nazirin müavini Samir Şərifov və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdim ediblər.
"OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, bu cür təltiflər məşğulluğa dəstək istiqamətində atılan addımların daha da stimullaşdırılmasına xidmət edir və bu sahəyə verilən töhfənin belə yüksək qiymətləndirilməsi qürur hissi yaradır.
Məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin olunması “OBA” marketlər şəbəkəsi üçün prioritet istiqamətlərdən hesab olunur. 2025-ci ildə “OBA” olaraq iki mindən çox insan müxtəlif vəzifələr üzrə işlə təmin olunub və onların karyera inkişafına dəstək göstərilib. Bu isə şirkətin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
“OBA” yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, eyni zamanda əməkdaşların davamlı inkişafını dəstəkləyən təlim proqramları, daxili karyera imkanları və motivasiyaedici iş mühiti formalaşdırır. Bu yanaşma sayəsində əməkdaşların potensialının üzə çıxarılması, onların uzunmüddətli karyera qurmasına şərait yaradılması və ümumilikdə ölkədə məşğulluğun inkişafına töhfə verilməsi əsas prioritetlərdən biri olaraq qalır.
“OBA” marketlər şəbəkəsi ölkə üzrə geniş mağaza infrastrukturu ilə minlərlə insanın məşğulluq imkanlarının yaradılmasına və regionlarda iş yerlərinin artırılmasına davamlı töhfə verir. Şirkət fəaliyyətə başladığı gündən etibarən yerli məşğulluğun dəstəklənməsi, gənclərin iş həyatına cəlb olunması və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət istiqamətini prioritet olaraq müəyyən edib.
Bu mükafat “OBA” marketlər şəbəkəsinin ölkə iqtisadiyyatına verdiyi töhfənin və məşğulluğun artırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi ötən il də məşğulluğun inkişafına verdiyi töhfəyə görə eyni mükafata layiq görülmüşdü.

-
Nida Xəbər 15:30AMB-dən Mehdiyevin gəlininin bankı ilə bağlı mühüm - QƏRAR
-
Rəsmi xronika14:50Prezidentdən İranla bağlı mühüm tapşırıq
-
İdman13:42Ukraynanın məşhur azərbaycanlısı İranın Naxçıvana hücumu haqda: Necə alçaq olduğunu... - FOTO
-
Nida Xəbər 13:26İran tərəfi söz verdi ki... - Ceyhun Bayramov
-
Rəsmi xronika13:02Şahbaz Şərif İlham Əliyevə zəng etdi
-
Sosial12:10Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
-
ABŞ11:49Tramp İranda "yaxşı lider" müsabiqəsi elan etdi: Xameneinin oğlu haqda qərar verdi
-
Nida Xəbər 11:02Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - FOTO





























.jpg)


.jpg)






