Sosial
FHN-in Bakı Regional Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar “Heydər Əliyev ideyalarında şəhərsalma, memarlıq və insan təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Regional Mərkəzinin şəxsi heyəti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, eləcə də Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirakı ediblər.
Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.
Tədbirdə çıxış edən Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə və digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsindəki müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





























.jpg)



