Sosial
Bakıda tanınmış həkimlərin adından dələduzluq edilib
Bakıda tanınmış həkimlər Arif Məmmədov və Cahid Şahbazov adından və fotosundan istifadə edilərək dələduzluq əməli törədilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü R.A internetdən adıçəkilən həkimlərin fotosunu əldə edərək vatsapda profil şəkili qoyub və onların adından istifadə edərək tanışlarından pul alıb.
Təqsirləndirilən şəxs hər iki həkimin adından onların tanışı olan həkimlərə vatsapda yazaraq, müalicəyə ehtiyacı olan uşaqlara yardım kampaniyası keçirildiyini bildirib.
R.A Arif Məmmədovun tanışından bu üsulla 1000, Cahid Şahbazovun yaxınından isə 700 manat almağı bacarıb.
Təqsirləndirilən şəxs həkimlərə dəymiş maddi ziyanı ödəyib. “Konstitusiya və Suverenlik İli” münasibətilə onun barəsində amnistiya elan edilib və CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.
Qeyd edək ki, R.A Vətən müharibəsi iştirakçısıdır və o, “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir



































.jpg)



