Sosial
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur - Fotolar
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.
“Azərsun Holdinq” də qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir. Əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə “Azərsun Holdinq”in İstehsalat və Tədarük Zəncirinin Baş Direktoru Riza Özkayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramovun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.
Görüş zamanı 4SİM tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” haqqında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasını təmin etmək, əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etmək və bununla da onların rəqabət qabiliyyətini gücləndirməkdir. Proqram eyni zamanda ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməyi hədəfləyir.
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.
Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.





-
Qoroskop00:45Günün qoroskopu: Həyat sizdən ciddi addımlar gözləyir...
-
Sosial13 Aprel 23:00Bakıda bu binalar plana düşdü
-
Magazin113 Aprel 22:32"Komadan çıxacağıma inanmırdılar, amma ölmədim"
-
İdman13 Aprel 22:18Mourinyo bu klubun rəhbərlərini biabır etdi
-
Ekologiya13 Aprel 20:48Aprel ayında Azərbaycana hava sürprizi - Ciddi risk var?
-
Region13 Aprel 20:24İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq












.jpg)
















