Sosial
Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışdadır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial layihəsi çərçivəsində kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzilərin satışı davam edir.
Publika.az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, həmçinin çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.
Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz.
Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxslə ƏƏSMN arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.
Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir



































.jpg)



