Sosial
Nazirlikdən şok açıqlama: Qadınlar bu yaşda ana olmalıdır
Rusiya Səhiyyə Nazirliyi reproduktiv yaşda olan vətəndaşların dispanserizasiyası ilə bağlı metodik tövsiyələr yayımlayıb.
Publika.az xəbər verir ki, sənəddə qadınlar üçün hamiləlik və doğuş baxımından ən optimal yaş aralığının 18-35 olduğu bildirilib. Nazirlik bu barədə qadınların mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Qeyd olunur ki, xroniki ginekoloji xəstəlikləri və risk faktorları olmayan qadınlara sağlam həyat tərzi sürmək tövsiyə edilir. Gündəlik qidalanma balanslı olmalı, orqanizm üçün vacib vitamin və mikroelementlərlə zəngin olmalıdır.
Nazirlik xüsusilə hamilə qadınların fol turşusu, dəmir, maqnezium və B qrupu vitaminlərini kifayət qədər qəbul etməsinin vacibliyini diqqətə çatdırıb.
Bundan əlavə, tövsiyələrdə orta səviyyəli fiziki aktivlik və düzgün yuxu rejiminə riayət olunması da ön plana çəkilir. Bildirilir ki, azhərəkətli həyat tərzi endokrin sistemə mənfi təsir edir və çanaq nahiyəsində qan dövranının zəifləməsinə səbəb olur.
Nazirlik eyni zamanda qadınlara müxtəlif ixtisaslı həkimlərdə mütəmadi profilaktik müayinələrdən keçməyi tövsiyə edir.
Adəm
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
































.jpg)



