Sosial
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Dövlət idarəçiliyində aparılan institusional islahatların davamı olaraq, Prezident İlham Əliyev dövlət sektorunda əməkhaqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb.
İslahatların əsas məqsədi dövlət qulluğunda daha vahid, şəffaf və optimal əməkhaqqı sisteminin formalaşdırılmasıdır. Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən kollektiv və fərdi mükafatlar tamamilə ləğv olunur.
Bununla yanaşı, mürəkkəb və qeyri-şəffaf hesab olunan əlavə ödəniş və mükafat mexanizmləri də aradan qaldırılır, sistem sadələşdirilərək sabit maaş modelinə keçid təmin edilir.
Mükafat sisteminin ləğvi və vahid maaş modeli
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.

Əməkhaqqı islahatlarının məqsədi və gözləntilər
“Əməkhaqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optimallaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq”, - V. Bayramov vurğuladı.
Kimlərə şamil ediləcək?
Millət vəkili qeyd etdi ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlər dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin, eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək. Bu onların əməkhaqlarında artımlarla müşahidə ediləcək:
“Hazırda dövlət qulluqçularının sayı 27 min 360 nəfərdir. Onların 8 283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir: 12 751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6 058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1 014 vətəndaşımız çalışır. Göründüyü kimi, əməkhaqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27 360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımızı əhatə edəcək”.

Vahid sistemin üstünlükləri və sosial təsirlər
Vüqar Bayramov əlavə etdi ki, yeni sistemin üstünlüklərinə gəldikdə isə, əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əməkhaqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əməkhaqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq.
Hazırda dövlət sektorunda çalışan vətəndaşlarımızın sayı 861,4 min nəfərdir. Ölkə üzrə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir: 3 787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq əməkhaqqı 687 manatdır. Dövlət idarəetməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1 434 manatdır.
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1 971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə, Azərbaycan Prezidenti tərəfindən imzalanan son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək.
-
MDB11:36“Lukoil” böyük maliyyə itkisi ilə üzləşdi - 1 trilyon zərər
-
Yaxın Şərq10:48Netanyahu elan etdi: İrana qarşı quru əməliyyatı ssenarisi
-
Dünya08:48Bu dəfə qızı ilə birlikdə tank sürdü - Foto
-
Magazin207:30Kendall Cenner dekolteli libasda - FOTO
-
Sosial07:17Bayram günlərinin hava proqnozu açıqlandı
-
Magazin106:16"Toppuş", "Cüllüt", "Keyxanım" və Dilarə illər öncə - VİDEO
-
Magazin202:42Məşhur türk aktrisa çimərlik geyimində poza verdi - FOTO
-
ABŞ02:42Trampın təsviri olan qızıl sikkənin dizaynını təsdiqləndi





















.jpg)


.jpg)











.jpg)



