Sosial
Orduda bayram tədbirləri keçirildi - Video
Müdafiə nazirinin təsdiq etdiyi illik tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəxsi heyətə milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri çatdırılıb.
Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən bəhs ediblər. Həmçinin Novruz və Ramazan bayramı ənənələrinin tarixindən, xalqımızın öz tarixi ənənələrinə bağlılığından və dövlət səviyyəsində qeyd edilməsindən söhbət açıblar.
Qeyd olunub ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızla birlikdə şənliklərdə iştirakı və bayramlar münasibətilə Azərbaycan xalqına təbrikləri Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
Keçirilən tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub. Xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Həmçinin bayram günlərində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi vurğulanıb.
-
Yaxın Şərq16:53İsrail üçüncü F-16 təyarəsini itirdi
-
Yaxın Şərq16:42İrana xəbərdarlıq - Bu həftə kəskin zərbələr endiriləcək
-
Ekologiya15:27Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Yaxın Şərq14:57İranın nüvə kompleksi vuruldu
-
Hadisə14:06Həyat yoldaşına şiddət göstərən kişi cinayət məsuliyyətindən azad еdildi
-
İdman13:49Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi
-
MDB13:29Paşinyandan Novruz təbriki
































.jpg)



.jpg)
