Sosial
Zakir Fərəcov şəhid ailələrini ziyarət etdi - FOTO
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Novruz bayramı münasibətilə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimovanı, eləcə də Vətən Müharibəsi Qəhrəmanları Sübhan Cəbrayılov və Ramiz Cəfərovun ailələrini ziyarət edib.
Publika.az xəbər verir ki, görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanan şəhər rəhbəri onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə olunub və bu şanlı Qələbə Azərbaycan tarixində əbədi yer tutub.
Qeyd olunub ki, şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur. Sumqayıt şəhərində də bu kateqoriyadan olan vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü

































.jpg)



