Sosial
Bu gün 14 min abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azəriqaz İB" Sumqayıt QİS-dən bildirilib.
Məlumata görə, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrinin qaz təchizatını təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb.
Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında 26 mart saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.
Bundan əlavə, təmir işləri müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında fasilə olacağı bildirilib.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
































.jpg)



