Sosial
Təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır - - VİDEO
Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar.
Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir və mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Məsələ yalnız etik çərçivə ilə məhdudlaşmır. Bu tip kontentlər həm dini, həm də psixoloji baxımdan ciddi suallar doğurur. Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir?
Publika.az xəbər verir ki, “Baku” TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
"Mən belə şeylərə yaxşı baxmıram. Düşünəndə adamın tükləri biz-biz olur", - vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə qeyd edib: "Belə paylaşımları etməyə heç kimin ixtiyarı yoxdur".
Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu tip videolar ona pis təsir edir:
"Bəzən proqram vasitəsilə hazırlanmış görüntülər qarşıma çıxır. Tünzalə guya məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta sarsıdır. Bəzən bunu edən insanlara əsəbiləşirəm. Sonra düşünürəm ki, bunu maddi qazanc üçün edirlər. Anlamağa çalışıram. Amma olmazmı ki, hər kəs öz ailəsindən biri üçün belə videolar hazırlasın, başqalarına toxunmasın? Əminəm ki, pis niyyətləri yoxdur, lakin bilin ki, bu bizə yaxşı təsir etmir".
İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan bu cür görüntülərin hazırlanması və yayılması doğru hesab olunmur. Onun sözlərinə görə, insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid məsələdir və bu nə elmi, nə də dünyəvi baxımdan tam izah edilə bilən bir prosesdir: "Bu həm də mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir".
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı











.jpg)
























