Sosial
Ölümün izində həyat...
4 aprel — Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.
Publika.az xəbər verir ki, bu gün münasibətilə Teleqraf-ın Qarabağ bürosu Elməddin Mirzəyev görüşüb. Onun hekayəsi həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.
Elməddin 2006-cı ildə, 23 yaşında ANAMA-da minaaxtaran kimi işə başlayıb. 15 il ərzində yüzlərlə mina və partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirilib.
“Hər tapdığım mina mənim üçün bir insanın xilas olması demək idi” - deyir Elməddin.
2021-ci ildə dəmir yolu çəkilişi üçün ayrılmış ərazini təmizləyərkən basdırılmış minaya düşüb. Partlayış nəticəsində gözləri və ayağı ağır xəsarət alıb, bir ayağı amputasiya olunub. Keçirdiyi 7 əməliyyatdan sonra Elməddin minaaxtaran fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Lakin həyat onu tərk etmədi. Dövlət və ailə dəstəyi ilə bərpa proseslərinə başladı: gözlərinin qismən görməsi bərpa edildi, protez təmin olundu və indi yeriməsi mümkündür. Elməddin 4 övlad böyüdür. Artıq övladlarından biri hərbi xidmətini başa vuraraq geri dönüb.
“Hər gün övladlarımı görəndə və onların gülüşünü hiss edəndə əzmkarlıq tapıram” - deyə Elməddin əməkdaşımızla söhbətində bildirir.
Ekspertlər bildirir ki, Azərbaycanda hələ də minlərlə hektar ərazi minalarla çirklənib. Elməddin kimi minaaxtaranlar bu prosesin ön cəbhəsindədir. Onların fəaliyyəti sayəsində torpaqlar tədricən həyat üçün açılır, insanlar təhlükəsiz şəraitdə yaşayır və kənd təsərrüfatı bərpa olunur.
Elməddin Mirzəyevin hekayəsi ümid, cəsarət və yaşama bağlılığın simvoludur. O göstərir ki, bəzən ən böyük qəhrəmanlıq səssiz, görünmədən və həyatı riskə ataraq edilir.
Hər addımında ölüm təhlükəsi olan bu işdə Elməddin kimi insanlar başqalarının təhlükəsizliyini təmin edir və gələcəyə ümid aşılayır. Bu, yalnız bir insanın deyil, bütün cəmiyyətin qəhrəmanlıq hekayəsidir.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
















.jpg)




















