Sosial
Abşeronun icra başçısı yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüşdü - FOTOLAR
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri intensiv yağış səbəbindən problem yaranmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.
Publika.az xəbər verir ki, RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb.
Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Abdin Fərzəliyev o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb.
Fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib.
Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr , FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir.
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir

































.jpg)




