Sosial
ADSEA sədri kollektorun çökdüyü ərazidə oldu - FOTO/VİDEO
Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Publika.az-a verilən məlumata görə, qurumun sədri Zaur Mikayılov qəza baş verən ərazidə olub.
ADSEA sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Qeyd edilib ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.
Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.
-
Hadisə20:12FHN sel təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
-
ABŞ19:48İrandakı müxaliflərə silah göndərilib, amma... - Tramp ETİRAF ETDİ
-
Ekologiya17:20Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
ABŞ17:10ABŞ İranla müharibədə neçə təyyarə itirib? - CNN hərbi sirri yaydı
-
Region16:51Bu ölkədə əhali 40 günə yaxındır ki internetsiz qalıb
-
Hadisə14:42Nazir Badamdardakı sürüşmə sahəsinə getdi - Video
-
Magazin214:10"Kızılcık şerbeti"nin aktyoru: "Bəzən insanlar məni azərbaycanlı hesab edirlər"
-
Hadisə13:35Nazir müavini Keşlədə subasma olan yerə gəldi - Video










.webp)

























