Sosial
Evlənmək üçün 19 yaşlı qızı qaçırdı - Özü və daha 3 nəfər həbs olundu
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri — 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar.
İstintaq araşdırmaları davam etdirilir.
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Qarabağ 15:17Xocalıya qayıdan 10 övladı olan gənc ailə - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?































.jpg)



