Sosial
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Publika.az-a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Digah qəsəbəsi, Bakıxanov küçəsində kanalizasiya şəbəkəsi olmayan göl ətrafı evlərə və həyətyanı sahələrə yığılan yağış sularının Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən gölə təxliyə edilməsi işləri davam etdirilir.
Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, Döngə 2.-də intensiv yağışlar nəticəsində toplanmış sular nasos vasitəsilə ərazidən kənarlaşdırılır.
Sabunçu rayonu, Sabunçu vağzalının qarşısı yağış sularından təmizlənir.
Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində nasos quraşdırılıb. Nasosun çıxış xəttindən diametri 160 mm-lik boru xətti çəkilərək yağış sularının kənarlaşdırılması həyata keçirilir.
Bağlar Sukanal idarəsinin əməkdaşları Məmmədli kəndi N. Nərimanov küçəsindəki tullantı su şəbəkəsi olmayan ərazidən evlərə və həyətyanı sahələrə yığılan yağış sularının təmizlənməsi işlərini icra edirlər.
Xəzər rayonu Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivinə intensiv yağışlar nəticəsində toplanmış sular quraşdırılmış nasos vasitəsilə ərazidən kənarlaşdırılır.
Novxanı bağlarının kanalizasiya şəbəkəsi olmayan ərazilərindən yağış sularının təxliyə edilməsi işləri davam etdirilir.
Sukanal idarələri xidməti ərazilərindən normadan dəfələrlə artıq olan yağış sularının kənarlaşdırılmasını gücləndirilmiş iş rejimində intensiv, fasiləsiz şəkildə icra edir
-
Ekologiya12:50Sabah 30 dərəcə isti olacaq
-
Cinayət dünyası12:15Azərbaycanda süni intellektlə törədilən təxribat - 20 il həbs cəzası nəzərdə tutulur
-
Sosial11:05Qəbrinə yazılmış söz aranı qatdı - Nəhayət, gerçək bilindi
-
Dünya10:24Evdən işləyin, avtomobil sürməyin və... - Baş nazir xalqa müraciət etdi
-
Avropa09:27Almanların 50 faizi şəxsi avtomobildən imtina etdi - Səbəb nədir?
-
Maraq dünyası07:35Azərbaycanın ən uzunboylu oğlanı niyə məşhur olmağın daşını atdı?
-
Sosial07:15Burada uşaqlar məktəbə getmək üçün Kürü qayıqla keçməli olurlar - Video
-
Region05:45Bu da Türkiyənin "Kuzgun"u - Foto








.jpg)

























