Sosial
Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlimini Lənkəranda keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə media qurumlarının nümayəndələri və dövlət strukturlarının mətbuat xidmətlərinin əməkdaşları iştirak ediblər.
Bildirilib ki, tədbirin başlıca məqsədi medianın ana dilinin qorunmasındakı əhəmiyyətini vurğulamaq, bu istiqamətdə mövcud yanaşmaları və inkişaf imkanlarını müzakirə etmək, həmçinin mövcud problemləri üzə çıxarmaqdır.
Efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadə iştirakçılar qarşısında çıxış edib.
Teleradio Akademiyasının direktoru Almaz Nəsibova proqramın əsas hədəfinin Azərbaycan dilinin qorunması və inkişafı olduğunu vurğulayıb, layihə barədə məlumat verib və təlimlərin yekununda kitabın nəşr ediləcəyini diqqətə çatdırıb.
Əməkdar artist Sevda Ağazadə bildirib ki, düzgün və səlis nitq yalnız media nümayəndələri üçün deyil, hər bir vətəndaş üçün vacibdir.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, dosent Şəhla Quliyeva orfoqrafiyanın tarixi inkişafı haqqında məlumat verib. O, düzgün nitqin formalaşdırılmasının yazı mədəniyyətinin əsasını təşkil etdiyini vurğulayıb.
Digər çıxışlarda da həm televiziya, həm də yazılı mətbuatda dil qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu







.jpg)




.jpg)





.jpg)



















