Sosial
“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu - FOTO
“Azərlotereya” ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə “Bakı Marafonu 2026”nın tərəfdaşı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini davam etdirib.
Marafonun əyləncə zonasında “Azərlotereya”nın xüsusi stendi qurulub və ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan biri olub. Burada iştirakçılar üçün müxtəlif interaktiv oyunlar təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib. Şirkət bu təşəbbüslə idman və əyləncəni bir araya gətirərək iştirakçıların həm fiziki aktivliyini, həm də əhval-ruhiyyəsini artırmağı hədəfləyib.
2016-cı ildən etibarən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon formatında keçirilib. Marafon ənənəvi olaraq Dövlət Bayrağı Meydanından start götürüb və bu dəfə Sea Breeze ərazisində başa çatıb.
25 min iştirakçının qeydiyyatdan keçdiyi marafonda Azərbaycan vətəndaşları ilə yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları qələbə uğrunda yarışa qoşulublar.
Qeyd edək ki, “Azərlotereya” “Bakı Marafonu”nun 2022, 2023, 2024 və 2025-ci illərdə də tərəfdaşı olub.
Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli layihələrə dəstəyini davam etdirməyi planlaşdırır.










-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu










.jpg)

















.png)


.jpg)




