Sosial
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTO
“Azərsun Holdinq”in təşkilatçılığı ilə jurnalistlər Biləsuvar Konserv Zavodunda “Bizim Tarla” markasının yaşıl noxud məhsulunun istehsal prosesi ilə tanış olublar.
Publika.az xəbər verir ki, mediatur çərçivəsində zavodun direktoru Yalçın Xəlilov müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bildirib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda yaşıl noxud, xiyar, kornişon və müxtəlif növ turşular, tomat pastası, soyulmuş və doğranmış pomidor, həmçinin kürü konservləri istehsal edilir.
Növbəti mərhələdə media nümayəndələri SƏTƏM mövzusunda bildigiləndirildikdən sonra istehsal sahəsində yaşıl noxudun konservləşdirilməsi prosesini yaxından izləyiblər. Həmçinin yaşıl noxudun becərildiyi əkin sahələrinə baş çəkiblər. Bildirilib ki, yüksək məhsuldarlığın təmin olunması məqsədilə torpaqların münbitliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vaxtilə istifadəyə yararsız olan ərazilərdə müasir suvarma infrastrukturu yaradılıb və torpaqlar əkin üçün yararlı vəziyyətə gətirilib.
Qeyd edək ki, Biləsuvar Konserv Zavodunda istehsal olunan məhsulllar dünyanın müxtəlif ölkələrinə ixrac olunur və “Made in Azerbaijan” adını uğurla təmsil edir.
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı























.png)












.jpg)