Sosial
Evdə it-pişik saxlayanların nəzərinə - Yeni qaydalar...
Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında sığınacaqların yaradılmasına yol verilməyəcək.
Sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.
Sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdiriləcək:
- avtomobil yollarından - 30 metr;
- fermalardan - 100 metr;
- su hövzələrindən - 100 metr;
- sənaye müəssisələrindən - 100 metr;
- yaşayış binalarından - 100 metr.
Tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.
Sığınacaqda çalışan bütün işçilər heyvanlardan keçə biləcək xəstəliklərə qarşı peyvənd edilməli və heyvanların baxımı, təlimi və xəstəlikləri barədə baytarlıq mütəxəssisi tərəfindən məlumatlandırılmalıdırlar.
Sığınacaqda çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi riayət etməli, təmiz xüsusi geyimlə (xalat, önlük və s.) və fərdi mühafizə vasitələrilə (əlcək, maska, respirator, eynək) təmin edilməlidir. Hər bir heyvanda aparılan baytarlıq xidmətlərindən sonra əlcəklər yenilənməlidir.
Baytarlıq preparatlarının və yemlərin saxlanıldığı otaq və ya bölməyə işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilməməlidir.
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu



























.png)


.jpg)




