Sosial
18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanıldı
Bu ilin aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb. Onların 4-ü Azərbaycan, 4-ü Əfqanıstan, 3-ü İran, 3-ü Mərakeş, 2-si Nigeriya, 1-i Pakistan, 1-i Əlcəzair vətəndaşı оlub.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılmışdır;
sərhəd rеjim qaydalarını pоzduqlarına görə 58 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;
cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 366 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 804 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 26 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;
2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır;
narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 121 kiloqram 249 qram narkоtik vasitə və 23647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılmışdır;
qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silah və ona məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi












.jpg)
























