Sosial
Yasamal rayonunda idman yarışlarına yekun vuruldu
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu gün Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının “minifutbol” idman növü üzrə yarışın final mərhələsi və silsilə idman yarışlarının bağlanış mərasimi baş tutub.
Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutan final oyunu və bağlanış mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əmkdaşları, komandaların idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən silsilə idman yarışlarının qalibləri elan olunub, minifutbol üzrə müvafiq olaraq III, II və I yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi baş tutub.Sonda xatirə şəkilləri çəkdirilib.
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq















.jpg)




















