Sosial
Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən "Azərbaycan təbiətinin izi ilə" adlı sərginin açılış mərasimində iştirak edib.
Publika.az xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan "Explore Azerbaijan with IDEA" layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.
"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.
Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



