Sosial
Bakıda bu restoranın fəaliyyəti dayandırıldı - Foto
Bakı şəhərinin Səbail rayonu, T.Əliyarbəyov küçəsi ev 9 zirzəmi ünvanında fəaliyyət "Saeed And Co" MMC-yə məxsus "Dehli" ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Yoxlama zamanı müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb. Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
-
Magazin121:12Xalq artisti qızı ilə obyektiv qarşısına keçdi - FOTO
-
Sosial21:00Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
İdman18:36ABŞ-da qəribə bir qaynar dəlik peyda oldu
-
Nida Xəbər 17:41Türkiyə və Azərbaycan UNESKO-ya birgə müraciət təqdim etdilər
-
Sosial16:44Bakının məşhur bazarında gərginlik - VİDEO
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO



































