Sosial
1 milyona yaxın şəxsə 752 milyon manat müavinət və təqaüd ödənilib
Bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə Publika.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.
Yanvar-aprel aylarında daha 52 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 931 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
-
Rəsmi xronika11:49İlham Əliyev açılış mərasimində iştirak edir
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Aynişanın “Avroviziya” tərzi - FOTO
-
ABŞ05:15Tramp kosmik döyüşçü obrazında - FOTO































.jpg)


