Sosial
"Samsung"dan sərt qərar: Bu səhvi etsəniz telefondakı bütün məlumatlar silinəcək
"Samsung" One UI 9.0 yeniləməsi ilə ekran kilidinin açılması qaydalarını daha da sərtləşdirəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, yeni qaydalara əsasən, PIN-kod, parol və ya qrafik açarın ardıcıl beş dəfə səhv daxil edilməsindən sonra smartfon növbəti cəhd üçün gözləmə müddətini avtomatik artıracaq. Bu müddət mərhələli şəkildə 1 dəqiqədən başlayaraq 24 saata qədər uzanacaq.
İstifadəçi ardıcıl 13 dəfə səhv kod daxil edərsə, cihaz tamamilə bloklanacaq. Bu halda telefonu yalnız zavod parametrlərinə qaytarmaq mümkün olacaq ki, bu da yaddaşdakı bütün məlumatların silinməsi ilə nəticələnəcək.
"Samsung" təsadüfi bloklanma riskini azaltmaq üçün "ağıllı sayma" funksiyasını da tətbiq edəcək. Belə ki, istifadəçi eyni səhv PIN-kodu, parolu və ya qrafik açarı ardıcıl iki dəfə daxil edərsə, sistem bunu yalnız bir səhv kimi qeydə alacaq. Bundan əlavə, kritik həddə yaxınlaşdıqca smartfon qalan cəhdlərin sayını da göstərəcək.
Yeni qaydalar barmaq izi və ya üz tanıma kimi biometrik autentifikasiyadan istifadə edən cihazlara da şamil olunacaq. Android tələblərinə əsasən, istifadəçi ən azı 72 saatdan bir və ya cihaz ilk dəfə işə salındıqda əsas PIN-kod, parol və ya qrafik açarı daxil etməlidir.
Şirkət bildirib ki, istifadəçi kilid kodunu unutduğu halda "Samsung" həmin cihaza girişi bərpa edə bilməyəcək. Yeganə çıxış yolu telefonu zavod parametrlərinə qaytarmaqdır. Bundan sonra isə cihazı yenidən aktivləşdirmək üçün əvvəlcədən qoşulmuş "Samsung" və "Google" hesabları ilə giriş tələb olunacaq.
Müəllif: Adəm
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?



































.jpg)
