Sosial
"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib - FOTOLAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə “Gələcəyə yaşıl miras” devizi altında ağacəkmə aksiyası keçirilib.
Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarən işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində, həmçinin Müşfiqabad və Xocasən qəsəbələrinin yaxınlığında ümumilikdə 40 min ağac əkilərək yeni yaşıllıq zolaqları salınıb.
Eyni zamanda, Müşfiqabad qəsəbəsi yaxınlığında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, nazirliyin əməkdaşları və şirkət nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır. Həyata keçirilən ağacəkmə tədbirləri ölkədə yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və ekoloji dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərlotereya” ASC sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərə dəstək göstərməyə, ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə iştirak etməyə və davamlı inkişaf prinsiplərinə töhfə verməyə bundan sonra da davam edəcək.







-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi














.jpg)




.jpg)
.jpg)





.webp)








