Sosial
İyunda toy edənlərə VACİB XƏBƏR
Yay mövsümünün başlanması ilə birlikdə toy bazarında canlanma müşahidə olunur. Xüsusilə, iyun ayında keçirilən mərasimlərin sayının artması qızıl bazarına da təsirsiz ötüşmür. Ənənəvi olaraq toy hazırlıqlarında əsas xərclərdən biri hesab edilən qızıl məmulatlarına marağın yüksəlməsi alıcıları düşündürən əsas məsələlərdən birinə çevrilib. Bəs artan tələbat fonunda gələn ay Azərbaycanda qızılın qiyməti bahalaşa bilərmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda qızılın pərakəndə satış qiymətlərini daxili bazardakı tələb müəyyən etmir:
“Bazarda təklif kifayət qədərdir. Həm xammal, həm də yerli istehsal baxımından təminat problemi yoxdur. Buna görə də toy mövsümünün başlaması qızılın qiymətində bahalaşmaya səbəb olmayacaq.
Azərbaycanın daxili bazarı kiçik olduğundan dünya birjalarında qızılın qiymətində baş verən dəyişikliklər ölkəyə ciddi təsir göstərmir. İyun ayının ortalarından başlayacaq məhərrəmlik ayı da bazarda tələbin azalmasına səbəb olacaq”.
R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda yerli qızıl hasilatı və emalı mövcuddur, eyni zamanda idxal olunan məhsullarla bağlı da hər hansı problem yaşanmır:
“Ölkənin qızıl ehtiyatları kifayət qədərdir. Mərkəzi Bank da bazarda qiymətləri tənzimləyə bilir. Bu baxımdan yaxın aylarda Azərbaycanda qızılın bahalaşacağı gözlənilmir”.
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Sağlamlıq14:37Yayda buzlu su içməyin faydadan çox zərəri var imiş
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var
-
Ekologiya12:35Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Region11:56Ermənistanda seçkilər zamanı texniki nasazlıqlar yarandı
















.jpg)





















