Sosial
Qusarda “Təmiz hava aylığı” çərçivəsində tədbirlər davam etdirilir - VİDEO
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar maarifləndirici və profilaktik tədbirlər keçirilib.
Tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə nəzarət olunub, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.
Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və qaz sistemlərinin saz saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
Keçirilən tədbirlərin əsas məqsədinin ekoloji təhlükəsizliyin təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olduğu bildirilib.
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi














.jpg)




.jpg)
.jpg)














