Sosial
Yer yenidən maqnit qasırğasının təsirinə düşəcək: “Qırmızı zona” xəbərdarlığı
Alimlərin məlumatına görə, yaxın sutka ərzində Yer kürəsində geomaqnit vəziyyət yenidən pisləşə bilər. Bu, Günəşdən ayrılan zəif plazma kütləsinin Yerə yaxınlaşması ilə bağlıdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının “Telegram” kanalında məlumat yayılıb.
Bildirilib ki, hazırda Günəş küləyinin sürəti saniyədə 500-600 kilometr təşkil edir. Bu göstərici normadan xeyli yüksək hesab olunur. Müqayisə üçün qeyd edilib ki, adi şəraitdə Günəş küləyinin sürəti 300-400 km/s intervalında dəyişir.
Mütəxəssislər izah ediblər ki, Yer maqnitosferi hazırda müvəqqəti tarazlıq vəziyyətinə keçsə də, mayın 16-da baş vermiş alışmadan yaranan kütlə atılması bu balansı yenidən poza bilər.
Alimlərin sözlərinə görə, Günəşdə alışma aktivliyi hələ də qeyri-sabit və proqnozlaşdırılması çətin olaraq qalır. Onlar maqnit qasırğası indekslərinin yenidən “qırmızı zona”ya qayıdacağını bildiriblər.
Qeyd olunub ki, hazırda güclü alışmalar üçün ciddi səbəb görünməsə də, aktivliyin azalacağına dair əlamətlər də müşahidə edilmir.
Müəllif: Adəm
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi














.jpg)




.jpg)
.jpg)





.webp)








