Sosial
Uşaqlar arasında enerji içkisi istehlakı artdı - İşə dövlət qarışdı
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) açıq məkanda reklam fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinə energetik içkilərin reklamı ilə bağlı müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, müraciətdə son dövrlər energetik içkilərin istehlakı, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artması və bunun uşaqların sağlamlığı üçün ciddi risk yaratdığı bildirilib.
“Mövcud qanunvericiliyə əsasən, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı və bu məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır.
Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir. Reklam fəaliyyəti həyata keçirilərkən yalnız qanunvericiliyin formal tələbləri ilə kifayətlənməmək, eyni zamanda ictimai maraqlar və sosial məsuliyyət prinsiplərini rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində reklam yayıcılarından aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri xahiş olunub:
- energetik içkilərin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət edilməməsi;
- reklam materiallarında uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən istifadə olunmaması;
- energetik içkilərin və yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən digər əmtəələrin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ətrafında (qanunvericiliklə müəyyən edilmiş məsafə nəzərə alınmaqla) yerləşdirilməsinə yol verilməməsi;
- reklamların yerləşdirilməsi zamanı ictimai maraqların və sosial məsuliyyət prinsiplərinin nəzərə alınması;
- istehlakçıların məlumatlandırılması məqsədilə reklam materiallarında energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışının qadağan olunduğu və bu məhsulların sağlamlıq üçün yarada biləcəyi təsirlər barədə xəbərdaredici məlumatların verilməsinə dəstək göstərilməsi.
Artıq bu mövzuda maarifləndirmə məqsədilə açıq məkandakı reklam qurğularında da sosial reklamların yayımına başlanılıb. ADRA tərəfindən yayımlanan sosial reklam çarxlarında da energetik içkilərdən istifadə olunması ilə bağlı reklamda yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilməsinin qadağan olduğu vurğulanır və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə müvafiq çağırışlar edilir”.
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi
-
Magazin222 İyun 22:46300-dən çox daşınmaz əmlakı var - Kirayədən aylıq 10 milyon qazanır
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
-
Nida Xəbər 22 İyun 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Hadisə22 İyun 18:50Dənizdə batan şəxslərin yarımçıq qalan süfrəsi - Foto
-
Elm və təhsil22 İyun 18:40Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev
-
Ekologiya22 İyun 18:30Üç gün yağış yağacaq
















.jpg)


















