Sosial
Dezinformasiya və ideoloji təxribat risklərini necə önləməli? - Yeni layihəyə start verildi
“Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyi tərəfindən “Rəqəmsal Məkanda Milli Kimlik: Təxribatlara Qarşı Mübarizə” adlı layihənin icrasına başlanılır.
Publika.az xəbər verir ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Müasir dövrdə rəqəmsal informasiya mühitinin sürətli inkişafı milli kimliyin qorunması, informasiya təhlükəsizliyi və ictimai şüurun formalaşması baxımından yeni çağırışlar yaratmışdır. Qlobal media platformalarının geniş təsir imkanları nəticəsində dezinformasiya və informasiya manipulyasiyası halları artmış, bu isə ideoloji təxribat risklərini gücləndirmişdir.
Layihənin əsas məqsədi rəqəmsal məkanda milli kimliyə yönələn təhdidlərin araşdırılması, dezinformasiya və manipulyasiya hallarının aşkarlanması, eləcə də bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsidir. Layihə çərçivəsində bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, gənclər və ictimaiyyət üçün maarifləndirici təlimlər təşkil olunacaq, sorğular keçiriləcək, həmçinin rəqəmsal mühitdə informasiya təhlükələrinin təhlilinə yönəlmiş podkastlar hazırlanacaq. Bununla yanaşı, mövzu ilə bağlı analitik məqalələrin yazılması və ictimaiyyətə təqdim edilməsi də layihənin əsas istiqamətlərindən biridir.
Layihənin icrası nəticəsində iştirakçıların media savadlılığının artırılması, rəqəmsal mühitdə kritik düşüncə bacarıqlarının inkişafı və milli kimliyin qorunması sahəsində ictimai şüurun gücləndirilməsi gözlənilir.
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI








.jpg)
.jpg)

























