Sosial
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş olub.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqları səmimiyyətlə salamlayaraq, onlara qurumun hazırkı fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı daim prioritet istiqamət olub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman onların problemlərinin həllinə xüsusi həssaslıq və diqqət göstərib. Dövlət başçısının rəhbərliyi ilə hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə Böyük Qayıdış həyata keçirilir.
F.Hüseynov vaxtilə qaçqınlıq və məcburi köçlünlük probleminin həlli ilə bağlı məsələlərdə beynəlxalq təşkilatların Azərbaycana dəstək verdiyini xatırladaraq, IFRC ilə əməkdaşlığın da bu baxımdan əhəmiyyətli olduğunu bildirib. Komitə ilə AzQAC-nın qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin isə uğurla davam etdirildiyi vurğulanıb.
Son illərdə Dövlət Komitəsi ilə AzQAC arasında əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr və maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə Bərdə, Füzuli və Sumqayıt şəhərlərində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Ağdam rayonunda yerləşən Baharlı qəsəbəsində mina təhlükəsi ilə bağlı tədbirlər təşkil olunub. Bununla yanaşı, Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda məcburi köçkünlər üçün təlimlər keçirilib. “Qapı-qapı” və “Məktəb” formatında təşkil olunan sessiyalar zamanı vətəndaşlara mina təhlükəsi, xəbərdaredici nişanlar, təhlükəsiz davranış qaydaları və aidiyyəti dövlət qurumlarına müraciət mexanizmləri barədə ətraflı məlumat verilib. Təlimlərdə 20 mindən çox məcburi köçkün iştirak edib.
Görüşdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, humanitar və inkişafyönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi qeyd olunub.
Qonaqlar göstərilən səmimi münasibətə görə minnətdarlıqlarını ifadə edərək, Dövlət Komitəsi ilə əməkdaşlığın uzunmüddətli və səmərəli xarakter daşıdığını bildiriblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yüksək qiymətləndirilib, gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb.
-
Rəsmi xronika15:59İlham Əliyev Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı
-
Dünya15:21Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
-
Magazin213:42İlon Maskın keçmiş sevgilisi "açdı sandığı, tökdü pambığı" - Hamilə qalandan sonra...
-
Sosial13:36Gələn həftə 5 gün iş olmayacaq
-
Nida Xəbər 13:12Bakı–Tbilisi–Bakı qatarının bilet qiyməti ilə bağlı açıqlama: Yaxın saatlarda...
-
Sosial13:03Pensiya alanlara ŞAD XƏBƏR: Mayın 20-də...
-
Qarabağ 11:50Şuşa şəhərinə bu il köç olmayacaq
-
Nida Xəbər 10:28Mayın 26-dan Gürcüstana qatarla getmək mümkün olacaq - RƏSMİ
























.jpg)


.jpg)






.jpg)



