Sosial
Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?
ABŞ-da süni intellektin milyonlarla insanı işsiz qoyacağı ilə bağlı narahatlıqlar artır. Bunun fonunda texnologiya milyarderləri cəmiyyəti sakitləşdirməyə çalışırlar.
Publika.az xəbər verir ki, “The Guardian” qəzetində dərc olunan məqalədə bildirilir ki, İlon Mask və digər texnologiya nəhəngləri süni intellektin təhlükələrini olduğundan daha az göstərirlər.
Mask hesab edir ki, gələcəkdə dövlət tərəfindən veriləcək “universal yüksək gəlir” işini itirən insanları xilas edəcək. Onun sözlərinə görə, süni intellekt məhsuldarlığı o qədər artıracaq ki, insanlar hətta pensiya üçün pul yığmağa ehtiyac duymayacaq.
Sem Altmanın "OpenAI" sistemi də optimist mövqe sərgiləyərək bildirib ki, süni intellekt elmi və tibbi sahədə böyük sıçrayış yaradacaq, ailələrin xərclərini azaldacaq və yeni iş imkanları açacaq.
Lakin bəzi ekspertlər vəziyyətin daha təhlükəli ola biləcəyini deyirlər. “Anthropic” şirkətinin rəhbəri Dario Amodei yaxın 1-5 il ərzində başlanğıc səviyyəli ofis işlərinin yarısının yox ola biləcəyini bildirib. "Microsoft" süni intellekt şirkətinin rəhbəri Mustafa Süleyman isə bir çox ofis işinin yaxın 12-18 ayda tam avtomatlaşdırılacağını açıqlayıb.
Məqalədə qeyd olunur ki, süni intellekt təkcə işsizliyə yox, həm də işçilərə nəzarətin və təzyiqin artmasına səbəb ola bilər.
ABŞ Prezidenti Donald Tramp isə süni intellekt layihələrini və yeni data mərkəzlərinin tikintisini açıq şəkildə dəstəkləyir.
Müəllif hesab edir ki, ABŞ artıq indidən ciddi qoruyucu tədbirlər görməlidir. Təkliflər arasında pulsuz tibbi sığorta, işini itirənlər üçün maaş kompensasiyası, dövlət məşğulluq proqramları, yenidən ixtisaslaşdırma kursları və həftəlik iş saatının 32 saata endirilməsi də var.
Məqalədə vurğulanır ki, süni intellekt bəşəriyyət tarixinin ən böyük texnoloji dönüş nöqtələrindən biri ola bilər və cəmiyyət mümkün nəticələrə hazır olmalıdır.
Müəllif: Adəm
-
Magazin211:24Kardaşyan bu etirafı ilə hər kəsi şoka saldı: Gün ərzində 35 həb qəbul edir
-
Sosial11:12Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?
-
Sosial10:21Hamlet Musayevin qızı həbsdən azad edildi
-
Dünya10:06Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb
-
Sağlamlıq08:24Diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlandı
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO















.jpg)




















