Sosial
Psixiatrdan ciddi xəbərdarlıq: Sosial şəbəkələr insanı məhv edir
Sosial şəbəkələr insan psixikasına son dərəcə mənfi təsir göstərərək onun özünəyetərliyini demək olar ki, məhv edir və total sosial təcridə sürükləyir.
Publika.az xəbər verir ki, bunu rusiyalı psixiatr Aleksandr Fedoroviç bildirib.
Həkimin sözlərinə görə, sosial şəbəkələrin insan üçün heç bir müsbət tərəfi yoxdur və burada yayılan məzmunun səviyyəsi əksər hallarda “fəlakət” həddindədir.
“Sosial şəbəkələr mütləq şərdir. Bu ideyanın xeyrinə xidmət edə biləcək bir arqument görmürəm. Əksinə, onlar insanın psixi vəziyyətinə ciddi zərbə vurur”, - deyə psixiatr vurğulayıb.
O qeyd edib ki, sosial şəbəkələr insanlarda özünüifadə, özünəyetərlilik və kollektiv düşüncə anlayışlarını dağıdır, nəticədə isə insan getdikcə cəmiyyətdən uzaqlaşır.
Psixiatr hesab edir ki, sosial şəbəkələr insanlarda dünya haqqında “təhrif olunmuş təsəvvür” formalaşdırır. Onun fikrincə, bu problemdən çıxış yolu kontent üzərində daha ciddi nəzarətin tətbiq edilməsidir.
Bundan əvvəl demoqrafiya üzrə ekspert Sergey Qaliyev də müasir gənclərin son yüz ilin ən tənha nəslinə çevrildiyini açıqlamışdı. Ekspertin sözlərinə görə, kişilərin 60%-i, qadınların isə 40%-i özünü tənha hiss edir və bunun əsas səbəblərindən biri texnologiyaların sürətli inkişafıdır.
Adəm
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO



































.jpg)
