Sosial
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
Avtomobil almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri yüksək ilkin ödəniş və uzunmüddətli rəsmiləşdirmə prosesidir. “Bir Kredit” BOKT (Bank Olmayan Kredit Təşkilatı) bu stereotipləri dəyişərək müştərilər üçün daha əlçatan lizinq imkanını təqdim edir.
“Bir Kredit” BOKT, ölkənin ilk rəqəmsal bankı Birbank ilə tərəfdaşlıq çərçivəsində yeni lizinq xidmətini istifadəyə verib. Yeni xidmət sayəsində müştərilər həm yeni, həm də istehsal ili 5 ilə qədər olan işlənmiş avtomobilləri minimum 0%-dən başlayan ilkin ödənişlə, 100 000 AZN-dək maliyyələşmə məbləği ilə əldə edə və ödənişi 60 aya qədər hissələrlə həyata keçirə bilərlər.
Xidmətin əsas fərqləndirici cəhətlərindən biri onun daha geniş auditoriya üçün əlçatan olmasıdır. Belə ki, rəsmi gəliri olmayan şəxslər də bu fürsətdən yararlana bilərlər. Tərəflər bu yanaşma ilə avtomobil sahibi olmağı daha çox insan üçün əlçatan etməyi hədəfləyir.
Digər mühüm üstünlük isə prosesin sadəliyidir. Lizinq rəsmiləşdirilməsi birbaşa avtomobil salonunda həyata keçirilir. Bu isə əlavə sənəd toplamağa, banka getməyə və vaxt itirməyə ehtiyac qalmadan, avtomobili seçdiyiniz anda maliyyələşdirməni tamamlamağa imkan verir.
Birbank-ın rəqəmsal yanaşması bu xidmətdə də özünü göstərir. Müştərilər prosesi daha sürətli, rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Yeni lizinq imkanı çevik şərtləri, sürətli rəsmiləşdirilməsi və geniş əlçatanlığı ilə avtomobil əldə etmə prosesinə yeni baxış gətirir.
Lizinq xidmətindən yararlanmaq istəyənlər daha ətraflı məlumat üçün Birbank mobil tətbiqi vasitəsilə müraciət edə və ya tərəfdaş avtomobil salonlarına yaxınlaşa bilərlər.
Ətraflı məlumat üçün: https://www.b-b.az/ZomFov
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO



































.jpg)
