Sosial
“Azərsun Holdinq” uşaqlar günü münasibətilə silsilə tədbirlər keçirib - FOTO
“Azərsun Holdinq”in dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, YAŞAT Fondu ilə birgə uşaqlar üçün silsilə əyləncə tədbirləri təşkil edilib.
Publika.az xəbər verir ki, tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan, həssas sosial qruplara aid uşaqların bayram sevincini bölüşmək, onların asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və mənəvi rifahının yüksəldilməsinə töhfə vermək olub.
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi və hərtərəfli inkişafına dəstək göstərilməsi istiqamətində həyata keçirilən layihələr gələcək dövrdə də davam etdiriləcək. Bu kimi təşəbbüslər cəmiyyətin həssas təbəqələrinə diqqət və qayğının artırılması, uşaqların daha xoşbəxt və firavan gələcəyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər














.jpg)




























