Sosial
Zənginlər dünyanı məhv edir: Milyarderlərin gizli fəlakəti üzə çıxdı
"Greenpeace" ekspertləri planetin ən zəngin 1%-lik təbəqəsinin illik istixana qazı emissiyalarının təxminən dörddə birinə nəzarət etdiyini üzə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə araşdırma "The Guardian" nəşrində dərc olunub.
Söhbət şirkətlərə və aktivlərə sahiblik vasitəsilə yaranan emissiyalardan gedir. Təşkilatın hesablamalarına görə, dünyanın ən varlı insanları hər il iqlimə təbii fəlakətlər və ekoloji fəsadlar şəklində təxminən bir trilyon dollar dəyərində zərər vururlar.
"Greenpeace" müəyyən edib ki, sərvəti 2 milyon dollardan çox olan ən zəngin 1%-lik elita sözügedən "sahiblik emissiyaları"nın təxminən 40%-nə görə məsuliyyət daşıyır. Sərvəti 7 milyon dollardan yuxarı olan ən varlı 0,1%-lik kəsimin payına isə bu emissiyaların 17%-i düşür. Müqayisə üçün qeyd edək ki, Yer kürəsinin ən kasıb yarı hissəsi bu çirklənmənin cəmi 3%-nə səbəb olur.
Təşkilat rəsmiləri bildiriblər ki, iqlim siyasəti uzun illərdir yalnız istehlakçılara yönəlib. Lakin indi diqqəti insanların nəyə sahib olduqlarına və hara investisiya yatırdıqlarına yönəltmək lazımdır. Böyük banklar və investorlar, bu növ layihələri məhdudlaşdıracaqlarına dair verdikləri vədlərə baxmayaraq, ötən il qalıq yanacaq sahəsinə 900 milyard dollar vəsait yatırıblar.
Adəm
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
-
Ekologiya07:17Bu ərazilərə yağış yağacaq - PROQNOZ
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..




















.png)











.jpg)
.jpg)