Sosial
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
Azercell-in dəstəyi ilə gənclər “RobotChallenge” beynəlxalq yarışında mübarizə aparacaqlar 13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan “RobotChallenge”-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək.
“RobotChallenge Azerbaijan 2026” Bakı Kristal Zalında baş tutacaq. Əsası Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərək beynəlxalq miqyasda genişləndirilmiş “RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsi üçün beynəlxalq platformadır.
Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verəcək. Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
“RobotChallenge Azerbaijan 2026” haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.
-
Magazin121:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO
-
Nida Xəbər 12:51Baş nazir Samir Şərifovu sədr - TƏYİN ETDİ









.jpg)


.webp)





.jpg)




















