Sosial
Bakıda “Technovation by PMI” forumu keçirilib - FOTOLAR
11 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Bakıda keçirilən və beynəlxalq səviyyədə tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib.
Publika.az xəbər verir ki, forum dövlət qurumlarının nümayəndələrini, qabaqcıl biznes ictimaiyyətini və müvafiq sahələr üzrə ekspertləri bir araya gətirərək, elm və innovasiyanın iqtisadiyyatın və müxtəlif sənaye sahələrinin gələcəyinin formalaşdırılmasındakı roluna dair müzakirələr üçün platforma yaradıb.
“Technovation by PMI” innovasiya, elm və tənzimləmə məsələləri ətrafında dialoqu təşviq edən beynəlxalq forumlar silsiləsinin tərkib hissəsidir.
Müzakirələr zamanı vurğulanıb ki, elmi araşdırmalarla dəstəklənən texnoloji tərəqqi iqtisadiyyatın və biznes modellərinin transformasiyasına töhfə verməklə yanaşı, ictimai maraqların təmin edilməsində də mühüm rol oynaya bilər.
İştirakçılar həmçinin innovasiyaların təşviqi, yeni texnologiyaların potensial üstünlüklərinin reallaşdırılması və əlverişli innovasiya ekosisteminin formalaşdırılması baxımından aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin, eləcə də sübuta əsaslanan siyasət yanaşmalarının əhəmiyyətini müzakirə ediblər.
Tədbir "AmCham" Azərbaycanın prezidenti Dəyanət Sadullayevin açılış nitqi ilə başlayıb. O, innovasiyaya əsaslanan inkişafın təşviqi məqsədilə dövlət qurumları, biznes ictimaiyyəti və beynəlxalq tərəfdaşlar arasında konstruktiv dialoq və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Forumda çıxış edən iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycanın iqtisadi inkişaf prioritetləri və uzunmüddətli rifahın təmin edilməsində qeyri-neft-qaz sektorunun artan rolu barədə fikirlərini bölüşüb.
Daha sonra PMI şirkətinin MDB regionu üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim çıxış edərək innovasiyaları təşviq edən, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirən və cəmiyyət üçün fayda yaradan tənzimləmə və vergi siyasətinin vacibliyini qeyd edib.
Forum çərçivəsində keçirilən “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusunda ilk panel sessiyasında Azərbaycanın iqtisadi transformasiyasını dəstəkləyən imkanlar və siyasət prioritetləri müzakirə olunub.
Paneldə energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı Direktoru Fariz Cəfərov çıxış ediblər.
Sessiyanın moderatoru "AmCham" Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat Komitəsinin sədr müavini, PAŞA Financial Holding şirkətinin İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva olub.
Müzakirələr ikinci panel sessiyasında “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusu ilə davam edib.
Bu sessiyada şirkətlərin dəyişən bazar tələblərinə uyğunlaşmaq, dayanıqlılığı artırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə innovasiya, texnologiya və elmi nailiyyətlərdən necə istifadə etdikləri müzakirə olunub.
Paneldə "Acwa" şirkətinin İcraçı-idarəedici Direktoru Dr. Uyqar Durgunay, BP şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova və PMI şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru Tomoko İida çıxış ediblər.
Sessiyanın moderatoru PMI şirkətinin nümayəndəsi Oleksii Kalyniçenko olub.
“Texnovasiya elmə əsaslanan innovasiyalara və açıq dialoqa sadiqliyimizi əks etdirir. Sübuta əsaslanan tənzimləmə bu prosesdə mühüm rol oynayır, innovasiyaların inkişafı və daha yaxşı alternativlərə çıxış üçün şəffaf və proqnozlaşdırıla bilən fəaliyyət mühiti yaradır” - deyə PMI şirkətinin Qafqaz regionu üzrə İdarəedici Direktoru Yuri Qordok bildirib.
Qeyd edək ki, tədbir "AmCham" Azərbaycanın İcraçı Direktoru Zaur Kərimovun yekun nitqi ilə başa çatıb. O, bu kimi təşəbbüslərin Azərbaycanın innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platforma kimi mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.
O, həmçinin tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və PMI şirkətinə təşəkkürünü bildirib.
Zaur Kərimov vurğulayıb ki, tədbirin uğuru innovasiyaların təşviqi, bilik mübadiləsinin genişləndirilməsi və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dəstək göstərilməsi istiqamətində ortaq öhdəliyin göstəricisidir.
150-dən çox iştirakçının - o cümlədən yüksək səviyyəli biznes ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri, aidiyyəti tərəflər, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı tədbir mövzunun aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirib.
Qeyd edilib ki, 2026-cı ildə “Technovation” forumu artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub.
Xatırladaq ki, Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir.
Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
Adəm Abbaslı
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI






.jpg)
.jpg)



























