15 milyon insan fəlakətlə üz-üzə - Dəqiqələr ərzində...
Bizi izləyin

Dünya

15 milyon insan fəlakətlə üz-üzə - Dəqiqələr ərzində...

15 milyon insan fəlakətlə üz-üzə - Dəqiqələr ərzində...

Alimlər buzlaq göllərinin yarılması nəticəsində yaranan təhlükənin ilk qlobal qiymətləndirməsini aparıblar və hesablayıblar ki, dünya üzrə potensial təhlükəli zonada təxminən 15 milyon insan yaşayır.

Publika.az xəbər verir ki, tədqiqat “Nature Communications” (NatCom) jurnalında dərc olunub.

Buzlaq gölləri iqlim istiləşməsi səbəbindən əriyən buzlaqların sularının buz və süxur qırıntılarından ibarət təbii bəndlərin arxasında toplanması ilə yaranır. Belə bəndlər davamsız olur: onlar dağıldıqda dərə boyu aşağıya doğru qəflətən nəhəng həcmdə su, buz və daş kütləsi axır. Buzlaq gölünün yarılması (GLOF) kimi məlum olan bu hadisə axın boyunca onlarla kilometr aşağıda yerləşən yaşayış məskənlərini, körpüləri və yolları dəqiqələr ərzində yuyub apara bilər.

Nortumbriya Universitetinin Kerolayn Teylorun rəhbərlik etdiyi tədqiqatçıları dünya üzrə buzlaq göllərinin ətrafındakı 50 kilometrlik potensial sualtında qalma zonası hüdudlarında neçə nəfərin yaşadığını qiymətləndiriblər. Məlum olub ki, bu zonada 15 milyona yaxın insan var, üstəlik onlardan təxminən 300 min nəfəri təhlükəli dərəcədə yaxın məsafədə bu cür su hövzələrindən 5 kilometrdən də az aralıda yaşayır.

Ən həssas ərazi Himalay dağlarını və qonşu silsilələri əhatə edən dağlıq bölgələr olub. Təhlükə altında yaşayan əhalinin böyük hissəsi məhz bu ərazilərin payına düşür; ən təhlükəli ölkələrin üçlüyünə Çin, Pakistan və Hindistan daxildir, risk zonasındakı insanların sayına görə dünyada üçüncü yeri isə Peru tutur. Ümumilikdə Hindistan, Pakistan, Peru və Çinin payına bu cür daşqınların təhdid etdiyi bütün insanların yarısından çoxu düşür.

Müəlliflər vurğulayırlar ki, əsas risk faktoru gölün özünün ölçüsü deyil, axın boyunca aşağıda yaşayan əhalinin sıxlığı və həssaslığıdır. And dağları xüsusi narahatlıq doğurur: orada buzlaq göllərinin sayı 1990-cı ildən bəri Yüksək Asiyadakı 37 faizlə müqayisədə 93 faiz artıb, lakin bu region zəif öyrənilib - 1970-ci illərin sonundan bəri bura yüzdən az elmi iş həsr olunub. Alimlər diqqət və resursları məhz göllərin sürətli artımı, yoxsulluq və artan əhalinin birləşərək ən böyük təhlükəni yaratdığı inkişaf etməkdə olan dağlıq regionlara yönəltməyə çağırırlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm