Sosial
Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir - Hikmət Hacıyev
Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında yazıb.
Onun sözlərinə görə, itkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində ən ağrılı humanitar problemlərdən biri olaraq qalır.
"Birinci Qarabağ müharibəsindən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş kimi qeydiyyatda qalır. Minlərlə ailə qeyri-müəyyənlik içində yaşamağa davam edir, yaxınlarının taleyi və yerləşdiyi barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum edilir.
Davam edən axtarış, qalıqların çıxarılması və identifikasiya səyləri nəticəsində 889 insan qalığı ekshumasiya edilib, 313 itkin düşmüş şəxs DNT və məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyən edilib və 226 nəfərin qalıqları layiqli dəfn üçün ailələrinə təhvil verilib".
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın azad olunmuş ərazilərində 32 kütləvi məzarlığın aşkar edilməsi humanitar faciənin miqyasının əlavə sübutu olmaqla yanaşı, itkin düşmüşlərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayır.
"İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil. Bu, ədalət, insan ləyaqəti, barışma və davamlı sülh məsələsidir. Hər müəyyən edilmiş şəxs bir ailəni cavablara yaxınlaşdırır. Hər tapılan qalıq həqiqətin bərpasına və yaddaşın qorunmasına kömək edir".
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO
















.png)




















